Sentyabr döyüşləri şəhidinin abidə kompleksinin açılışı olub

Sentyabr döyüşləri şəhidinin abidə kompleksinin açılışı olub Biləsuvarda şəhid Hüseynov Ziyarət Mayıl oğlunun doğum günü qeyd olunub.
Daxili siyasət
15 May , 2023 18:23
Sentyabr döyüşləri şəhidinin abidə kompleksinin açılışı olub

Biləsuvarda şəhid Hüseynov Ziyarət Mayıl oğlunun adının əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Amankənd kəndində keçirilən mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ziyarət Hüseynov 1994-cü ildə Amankənd kəndində doğulub, 12-13 sentyabr təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi