Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulub

Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulub Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar.
Daxili siyasət
21 Yanvar , 2020 20:32
Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulub

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar. 

Bu barədə “Report”a Gənclərin İnkişaf və Karyera Mərkəzindən məlumat verilib.

Bildirilib ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Son xəbərlər

Orphus sistemi