"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib

"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib.
Daxili siyasət
140
28 Aprel , 2022 16:15
Şəhidlər ölməz, Vətən bölünməz adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Əziz Ələkbərli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və şəhid anaları iştirak edib.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə M.Nağıyev və Ə.Ələkbərli çıxış ediblər. Onlar Azərbaycan xalqının zəfər qazanmış güclü bir xalq olduğunu vurğulayıb.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, şəhidi olan millət heç zaman sarsılmaz: "Qardaşım Məhərrəm də şəhid qardaşlarımızdan biridir. Bizim xalq olaraq başımızı şəhidlərimiz ucaltdı. Arzu edirəm ki, xalqımıız hər zaman başı dik olsun, heç zaman əyilməsin".

Daha sonra şəhid anaları çıxış edib.

Son xəbərlər

Orphus sistemi