Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib

Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib.
Daxili siyasət
16 Sentyabr , 2022 01:38
Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, şəhidə cənazə namazı qılınıb, Vətənin qəhrəman oğlunun ruhuna dualar oxunub.

Mərasim iştirakçıları şəhidimizi “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şuarları səsləndirərək son mənzilə yola salıblar.

Qeyd edək ki, Qədim Xəlilovun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub, indi isə özü şəhidlik zirvəsinə ucalaraq əmisinin uyduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Son xəbərlər

Orphus sistemi