Uzun müddət heç bir xəbər ala bilmədiyimiz qardaşımın tapılması üçün axtarışlara fasilə vermirdik.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında qalıqları avqustun 1-də Gəncə Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədovun qardaşı Vüqar Məmmədov deyib.
O, qardaşının müharibəyə könüllü getdiyini və qəhrəmancasına şəhid olduğunu vurğulayıb:
"Qardaşımı illərdir, axtarırdıq. Bu gün onun nəşinin tapılması və məzarının yerinin məlum olması bizim həsrətimizə son qoydu.
Onun tapılması üçün görülən işlərə görə başda Prezident İlham Əliyev olmaqla, hər kəsə təşəkkür edirəm.
Qardaşım müharibəyə könüllü getmişdi, qəhrəmancasına da şəhid olub. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.