Şəhid qardaşı: Atam onun şəklini qucaqlayıb dünyadan köçdü

Şəhid qardaşı: Atam onun şəklini qucaqlayıb dünyadan köçdü Atam qardaşımın şəkilini qucaqlayıb dünyadan köçdü və bizə qardaşımızı axtarıb tapmağı vəsiyyət etdi.
Daxili siyasət
23 May , 2024 17:32
Şəhid qardaşı: Atam onun şəklini qucaqlayıb dünyadan köçdü

Atam qardaşımın şəkilini qucaqlayıb dünyadan köçdü və bizə qardaşımızı axtarıb tapmağı vəsiyyət etdi.

Bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna mayın 22-də Ucar rayonunun Əlikənd kəndində dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyevin qardaşı İftixar Nuriyev deyib.

O bildirib ki, qardaşımın itkin düşməsinə atasının ürəyi tab gətirmədi və cəmi beş il sonra - 1998-ci ildə dünyasını dəyişdi:

“Anam hazırda son günlərini yaşayır və 31 il idi ümidlə qardaşımın yolunu gözləyirdi. Bir an belə olsun, ümidini itirmədi. Allaha şükür edirəm ki, atam görməsə də, anam qardaşımın cənazəsini gördü və gözümüz yollardan yığıldı”.

Son xəbərlər

Orphus sistemi