Şəhid gizir Seyfəddin Muradov Ağstafada torpağa tapşırılıb
Daxili siyasət
- 16 sentyabr, 2022
- 16:51
Şəhid gizir Seyfəddin Mahmud oğlu Muradov Ağstafa rayon Böyük Kəsik kənd qəbiristanlığında dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, izdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub.
Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı üstünə gül dəstələri düzülüb, önünə əklillər qoyulub.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Qeyd edək ki, Seyfəddin Muradov sentyabrın 12-si və 13-də düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Son xəbərlər
14:40
Adil Kərimli Ucarda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət siyasəti14:38
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanılıb
İnfrastruktur14:37
Fuad Məmmədov: Yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb
Daxili siyasət14:31
AMEA-nın prezidenti yad kəlmələrdən istifadə etməməyə çağırıb
Daxili siyasət14:31
Çexiyanın XİN başçısı Ukraynada səfərdədir
Region14:30
Yəməndə Cənubi Keçid Şurası özünü buraxıb
Digər ölkələr14:22
Tramp "Marinera" tankerindən iki Rusiya dənizçisini azad edib
Digər ölkələr14:19
"Barselona" və "Real"ın sabiq futbolçusu Kipr klubunun baş məşqçisi olacaq
Futbol14:17