Şəhid Fərid Lətifov Şəkidə torpağa tapşırılıb
Daxili siyasət
- 15 sentyabr, 2022
- 16:32
Şəkidə şəhid Fərid Lətifovun dəfn mərasimi keçirilib.
''Report"un şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhərində doğulub boya-başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Fərid Qiyas oğlu Lətifov Şəki şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfndən sonra Azərbaycan bayrağı şəhidin atası Qiyas Lətifova təqdim olunub.
Qeyd edək ki, 21 yaşlı F.Lətifov Vətən müharibəsi iştirakçısı olub. O, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.
Son xəbərlər
03:41
Foto
Türkiyədə sərnişin avtobusu aşıb, 40 nəfər xəsarət alıb
Region03:10
Foto
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici siyasət02:36
Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub
Digər ölkələr02:09
NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir
Energetika01:42
Vuçiç: NIS məsələsində yekun həllə yaxınıq
Digər ölkələr01:07
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
Digər ölkələr00:44
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
Region00:16
Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb
Digər ölkələr23:54