Səfirlik və konsulluqların ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatı siyahısına daxil edilib

Səfirlik və konsulluqların ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatı siyahısına daxil edilib Nazirlər Kabineti dövlət orqanlarının aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi qərarına dəyişiklik edib
Daxili siyasət
30 Noyabr , 2017 23:39
Səfirlik və konsulluqların ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatı siyahısına daxil edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə" qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi