Seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib

Seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 19-da keçirilən iclasında gündəliyə daxil edilən seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi dair məsələ müzakirə edilib.
Daxili siyasət
19 Sentyabr , 2023 16:45
Seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 19-da keçirilən iclasında gündəliyə daxil edilən seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair məsələ müzakirə edilib.

“Report” xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılıb: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. MSK seçki dairələrinin hüdudlarının müəyyənləşdirilməsi üzrə ekspertlərdən ibarət komissiya yaradılıb və seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif edilib. Dairələr üzrə seçicilərin orta təmsilçiliyinin bir-birinə yaxın olması diqqətdə saxlanılıb. Dairələr yenidən formalaşdırılarkən aktiv və passiv seçki hüququndan istifadənin daha optimal olması nəzərə alınıb”.

Daha sonra MSK-nın seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar layihəsi təqdim olunub və yenidən təsdiq üçün hüquqi əsasın yarandığı bildirilib. Qərara alınıb ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin, seçki dairələrinin yeni siyahısı dərc olunsun.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

MSK sədri Məzahir Pənəhov dairə seçki komissiyalarının yenidən formalaşdırılacağını deyib: “Dairələrin sayı və sıra ardıcıllığının dəyişməməsinə çalışmışıq. Ancaq bəzi dairələrdə seçki komissiyalarının yenidən formalaşdırılması zərurəti yaranıb. Bəzilərinin adı başqa cür təsdiq ediləcək, bəzilərinin isə adı və sırası dəyişib. Ancaq əksəriyyətində dəyişiklik olunmayıb. Növbəti iclasda DSK üzvlərinin təyin edilməsi məsələsinə baxılacaq. Adı və sıra nömrəsi dəyişməyən dairələrin seçki komissiyalarının tərkibi olduğu kimi qalacaq. Sıra sayı və adı dəyişən seçki dairələrinin komissiyalarının tərkibi isə yenidən formalaşacaq”.

Son xəbərlər

Orphus sistemi