Seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatıb

Seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatıb Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı haqqında KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatıb.
Daxili siyasət
28 Noyabr , 2019 11:54
Seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatıb

Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı haqqında KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatıb.

“Report” xəbər verir ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə gününə azı 25 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin xəbərdar edilməsi üçün ayrılan vaxt başa çatır.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Son xəbərlər

Orphus sistemi