Seçicilərə referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu broşürlər paylanacaq

Seçicilərə referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu broşürlər paylanacaq Məzahir Pənahov: "Bu, seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq"
Daxili siyasət
4 Avqust , 2016 17:14
Seçicilərə referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu broşürlər paylanacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşürlər hazırlanıb və ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.

"Report"un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, bu, seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq.

İclasda həmçinin seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq müvafiq qərarlar verilib.

Son xəbərlər

Orphus sistemi