Səbinə Əliyeva: "I Qarabağ müharibəsində amansız işgəncələrlə qətlə yetirilmiş azərbaycanlılar qeyri-insani formada dəfn olunublar”

Səbinə Əliyeva: "I Qarabağ müharibəsində amansız işgəncələrlə qətlə yetirilmiş azərbaycanlılar qeyri-insani formada dəfn olunublar” “İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yeti
Daxili siyasət
31 Mart , 2023 13:28
Səbinə Əliyeva: I Qarabağ müharibəsində amansız işgəncələrlə qətlə yetirilmiş azərbaycanlılar qeyri-insani formada dəfn olunublar”

“İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yetirilərək qeyri-insani formada dəfn olunublar”.

"Report"un Şimal bürosu xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycana qarşı uzun illər ərzində həyata keçirilmiş milli nifrət zəmində etnik təmizləmə, soyqırımı, terrorçuluq və işğal siyasəti sonrakı illərdə də davam etdirilib:

“Bunun acı nəticəsi olaraq müasir dövrümüzdə də çoxsaylı soydaşlarımız Ermənistanın müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər alıb, habelə əsir və itkin düşüb, girov götürülüb. Ermənistan isə hələ də itkin düşmüş şəxslərin taleyi barədə məlumatı, eyni zamanda kütləvi məzarlıqların və minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır”.

Ombudsman onu da vurğulayıb ki, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaradır, təhlükəsiz qayıdışı ləngidir.

Son xəbərlər

Orphus sistemi