Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər

Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər.
Daxili siyasət
12 Avqust , 2024 15:20
Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər

Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.

S.Əliyeva bildirib ki, keçirilən dəyirmi masa vətəndaşların seçki hüququnun təmini mövzusunda olub:

"Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirdiyimiz silsilə tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Biz bu tədbirləri mütəmadi olaraq həyata keçiririk və hesab edirik ki, hüquqi düşüncənin, hüquqi mədəniyyətin artırılması istiqamətində olduqca vacib tədbirlərdəndir.

Həmçinin əsas məqsəd vacib siyasi hüquqlardan biri olan seçki hüququnun təminidir. Ombudsman aparatının əməkdaşları Milli Məclisə, o cümlədən, Naxçıvan Muxtar Respublikası Ombudsman aparatının əməkdaşları muxtar respublika ərazisində həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə seçkiləri müşahidə edəcəklər".

O qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə də seçkini müşahidə edəcəklər:

"Yəni əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər”.

Son xəbərlər

Orphus sistemi