Bu il ərzində beynəlxalq və regional ombudsman rəhbərlərinin Azərbaycana dəvəti və işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili nəzərdə tutulub.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Report"a müsahibəsində bildirib.
O qeyd edib ki, 2025-ci ildə beynəlxalq və regional ombudsman şəbəkələri ilə mövcud əməkdaşlıq gücləndiriləcək:
"Ermənistandan qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına qayıdışının təmin olunması ilə bağlı fəaliyyətimiz 2025-ci ildə də davam edəcək. Bu il ərzində beynəlxalq və regional ombudsman şəbəkələri ilə mövcud əməkdaşlıq gücləndiriləcək. Bununla yanaşı işğaldan azad edilmiş səfərlər həmin ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq baxımından mühüm əhəmiyyət daşıyacaq".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.