30 ildən sonra Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçirilir.
"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ombudsman aparatı Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə əvvəlcədən təsdiq olunmuş təqvim planına əsasən Azərbaycanın bütün ərazisində maarifləndirmə işləri təşkil edib:
"Həmçinin işğaldan azad edilən ərazilər də daxil olmaqla, seçkiyə hazırlıq prosesi müşahidə olunub, monitorinq keçirilib. Əksər seçki məntəqələrində veb-kameralar, panduslar quraşdırılıb, gözdən əlil vətəndaşlar üçün brayl əlifbası ilə çap olunan bülletenlər təqdim edilir".
S.Əliyeva bildirib ki, Ombudsman Aparatı və regional mərkəzlərinin əməkdaşları da bu seçkidə müşahidə apacaq:
"Azərbaycanın bütün ərazilərində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində müşahidə və monitorinq aparılacaq, nəticəsi ictimaiyyətə açıqlanacaq".