Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub Vəzifəyə Orxan Xəqani oğlu Aydınov təyin edilib
Daxili siyasət
25 Fevral , 2021 16:08
Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Səbail Rayon İcra Hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifəyə Orxan Xəqani oğlu Aydınov təyin edilib.

O.Aydınov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, O.Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi