Səadət Bənənyarlı: Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərin şikayəti araşdırılır

Səadət Bənənyarlı: Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərin şikayəti araşdırılır “Namizədliklərini irəli sürmüş bəzi şəxslərdən şikayətlər almışıq. İndi həmin şikayətlər üzrə araşdırmalar gedir”.
Daxili siyasət
13 Avqust , 2024 16:59
Səadət Bənənyarlı: Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərin şikayəti araşdırılır

Seçkilərdə namizədliyini irəli sürmüş bəzi şəxslərdən daxil olan şikayətlər üzrə araşdırmalar aparılır.

Bunu “Report”a açıqlamasında “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının (SMK) həmtəsisçisi Səadət Bənənyarlı deyib.

S.Bənənyarlı bildirib ki, təmsil etdiyi koalisiyaya daxil olan müraciətlərin əksəriyyəti sənəd çatışmazlığı ilə bağlıdır:

“Hətta bəzi namizədlər bununla əlaqədar məhkəməyə müraciət etməyi planlaşdırır. Biz müvafiq müraciətlər üzrə araşdırmalar apardıqdan sonra bu barədə yekun hesabat yayacağıq. Bununla belə, imzatoplama kampaniyası ilə bağlı demək olar, şikayət yoxdur.

Qeyd edim ki, biz özümüz də müvafiq olaraq sorğular keçirir, hər hansı mənfi halın, narazılığın olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Yekun hesabatı səsvermə günü təqdim edəcəyik”.

O xatırladıb ki, ilkin dövrü artıq başa çatan seçki prosesi əsas mərhələyə daxil olub:

“Prezident seçkilərində olduğu kimi, indi də müşahidəçilərim digər bölgələrlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə də fəaliyyət göstərəcək. Yeri gəlmişkən, 530 müşahidəçimiz artıq qeydiyyatdan keçib. Onlar ölkənin müxtəlif regionlarını əhatə edən 70-ə yaxın seçki dairəsinin hüdudlarında müşahidə aparacaqlar”.

Son xəbərlər

Orphus sistemi