Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevlə Samux rayonunun Qovlarsarı kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qərb bürosunun məlumatına görə, M.Mehdiyevin nəşi Qovlarsarı kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevin nəşi Samux rayonunun Qovlarsarı kəndində ailəsinə təhvil verilib.
“Report”un Qərb bürosunun məlumatına görə, kənddə şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Münasib Namaz Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsarı kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Həsənriz (Aterk) kəndi istiqamətində tkin düşüb.
M.Mehdiyev Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.








