Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib

Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib
Daxili siyasət
22 Fevral , 2024 16:28
Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib
İlham Əliyev

Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev səhmdar cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Samir Rzayev
Samir Rzayev

Xatırladaq ki, S.Rzayev 2007-2009-cu illərdə "PAŞA İnşaat" MMC-də kommersiya direktoru, 2009-2017-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunda Baş Maliyyə Direktoru, 2017-2022-ci illərdə "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-də ticarət direktoru vəzifəsində, 2022-ci ilin fevral ayından noyabr ayına qədər AZAL-da vitse prezident, 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər birinci vitse-prezident işləyib, 2023-cü ilin sentyabr ayından isə AZAL-da prezident vəzifəsini müvəqqəti icra edib.

Son xəbərlər

Orphus sistemi