Şamaxı 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib

Şamaxı 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib Bakı. 2 fevral. REPORT.AZ/ Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın Gənclər paytaxtı elan edilib.
Daxili siyasət
2 Fevral , 2019 20:45
Şamaxı 2019-cu ildə Azərbaycanın Gənclər paytaxtı elan edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.

"Report"un xəbərinə görə, bu barədə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub.

Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

"Gənclər paytaxtı"nın simvolik açarı Şamaxı şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim olunub.

Xatırladaq ki, 2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri idi.

Son xəbərlər

Orphus sistemi