Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
Daxili siyasət
25 May , 2022 17:35
Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Etibar Muradlı

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.

"Report" xəbər verir ki, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakultəsində təhsil alıb, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.

Son xəbərlər

Orphus sistemi