Yuxarı
    Bağlamaq

    Salyanda 311 nəfər ilk dəfə səs verib - FOTO

    Səsveməni canlı izləmək üçün veb kameralar quraşdırılıb

    Salyan.26 sentyabr. REPORT.AZ/ Salyan sakinləri səsvermədə fəallıq göstərirlər. 59 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Səlamət Kərimovun Aran bürosuna verdiyi məlumata görə, rayonda 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyaları fəaliyyət göstərir.
    59 saylı Salyan DSK  üzrə 40 seçki məntəqəsi təşkil olunub, 38 422 nəfər seçici siyahıya daxil edilib. Bunlardan 311 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
    Səsvermənin gedişini canlı izləmək üçün 8 seçki məntəqəsində veb kameralar quraşdırılıb. 

    Referendumun gedişini hər məntəqədə orta hesabla 8-10 nəfər, ümumilikdə isə 411 nəfər müşahidəçi izləyir. Saat 10:00-a olan məlumata görə, seçicilərin 14,50 faizi, yəni 5 570 nəfəri referendumda iştirak edib.

    Səsvermənin gedişində hələlik hər hansı bir qanun pozuntusuna yol verilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi