Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Daxili siyasət
14 Fevral , 2023 17:41
Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində, 2014-cü ildən 2022-ci il iyulun 18-dək DGK sədrinin müavini vəzifəsində, həmin gündən indiyədək Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi