Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış parlamentin payız sessiyası üzrə oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərdəki münasibətlərdə, həm də dünyanın qlobal problemlərinin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir", - spiker bildirib.
Spiker qeyd edib ki, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir:
"Və mən bu çərçivədə möhtərəm cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: “Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.