Şabran rayonunda 8 Noyabr - Zəfər Günü izdihamla qeyd edilib.
"Report"un Şimal bürosu xəbər verir ki, rayon sakinləri böyük qələbənin əldə olunması üçün canından keçən qəhrəman oğullarımızın uyuduğu Şəhidlər Xiyabanına axın ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Daha sonra Şabran Mədəniyyət Evində “Zəfərimiz Əbədidir” adlı ədəbi-bədii kompazisiya nümayiş etdirilib.
Tədbirdə qeyd edilib ki, hər bir şəhidimizin, qazimizin amalı torpaqlarımızı işğaldan azad etmək və zəfər qazanmaq olub.
Bildirilib ki, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qələbə qazanması, işğal altında olan yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb.