Şabranda şəhidlər bulağının açılışı olub

Şabranda şəhidlər bulağının açılışı olub Şabran rayonunda Nağı Soltanovun, Əlimövsüm Quliyevin və Şahin Vahabzadənin xatirəsinə inşa olunmuş ehsan bulaq kompleksinin açılşı olub.
Daxili siyasət
14 İyun , 2023 16:47
Şabranda şəhidlər bulağının açılışı olub

Şabran rayonunda Nağı Soltanovun, Əlimövsüm Quliyevin və Şahin Vahabzadənin xatirəsinə inşa olunmuş ehsan bulaq kompleksinin açılşı olub.

"Report"un Şimal bürosu xəbər verir ki, bulaq kompleksi hər üç şəhidin böyüyüb boya-başa çatdıqları və təhsil aldıqları Şahnəzərli kənd tam orta məktəbinin qarşısında inşa olunub.

Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar.

Tədbirin sonunda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və kompazisiyalar səsləndirilib.

Qeyd edək ki, Soltanov Nağı Əli oğlu 1975-ci ildə anadan olub. 1994-cü ildə 24 fevralında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Quliyev Əlimövsüm Məmmədəli oğlu 1964-cü ildə anadan olub. 1988-ci ilin dekabrında baş vermiş zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş İl-76 təyyаrəsinin vurulması nəticəsində şəhid olub.

Vahabzadə Şahin Mehdi oğlu 1969-cu ildə anadan olub. O, 1991-ci ilin oktyabrında könüllü cəbhəyə gedib, Daşaltı, Xocalı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib, 1992-ci ilin 8 mayında qəhrəmancasına şəhid olub.

Son xəbərlər

Orphus sistemi