Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rza Əmrullayev dəfn edilib - YENİLƏNİB

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rza Əmrullayev dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rza Qəzənfər oğlu Əmrullayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.
Daxili siyasət
23 May , 2024 15:35
Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rza Əmrullayev dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rza Qəzənfər oğlu Əmrullayevlə Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:51

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rza Qəzənfər oğlu Əmrullayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rza Qəzənfər oğlu Əmrullayev 1961-ci martın 4-də Şabran rayonunun Ləcədi kəndində anadan olub. O, 1994-cü il fevralın 18-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.

Son xəbərlər

Orphus sistemi