Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayev dəfn edilib - YENİLƏNİB

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayev dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.
Daxili siyasət
23 May , 2024 14:27
Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayev dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevlə Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:59

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cəlil İsa oğlu Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

C.Şaxayev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi