Sabirabadda "Zəfər Günü" təntənəli qeyd olunub

Sabirabadda "Zəfər Günü" təntənəli qeyd olunub 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təntənəli tədbir təşkil olunub.
Daxili siyasət
8 Noyabr , 2022 16:50
Sabirabadda Zəfər Günü təntənəli qeyd olunub

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təntənəli tədbir təşkil olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Sabirabad rayonunun mərkəzi meydanında təşkil edilib.

Bayram tədbirində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Tədbirin bədii hissəsində vətənpərlik mövzusunda şeirlər səsləndirilib, Sabirabad Rayon Mədəniyyət Mərkəzi və Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin birgə təşkil etdiyi konsert proqramı nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi