Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB

Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun meyitinin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib.
Daxili siyasət
22 May , 2024 16:02
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovla Sabirabad rayonunun Kürkəndi kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Sabirabad rayonunun Kürkəndi kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sabirabad Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:10

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun meyitinin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zülfüqar Kamil oğlu Abbasov 1973-cü il sentyabrın 1-də Sabirabad şəhərində anadan olub. O, 1994-cü il martın 30-da Ağdərə rayonunun Çaylı kəndi istiqamətində itkin düşüb.

Z.Abbasov Kürkəndi kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi