Yuxarı

Sabiq səfir Müsavat Partiyasından istefa verib

Ellada Məmmədli: Nəsib bəy Müsavatda baş verənlərlə bağlı mənə başsağlığı verdi

Bakı. 4 noyabr. REPORT.AZ/ Professor Nəsib Nəsibli Müsavat Partiyasından istefa verib.

Bu barədə "Report"a Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O bildirib ki, Nəsib Nəsibli istefası ilə bağlı məlumatı ona bir həftə öncə verib: "Nəsib Nəsibli qurultaydan sonra partiyanın vəziyyətinə acıyırdı, buna görə də istefa verdi. Mən təkid etdim, bir qədər də düşünsün, amma alınmadı. Nəsib bəy Müsavatda baş verənlərlə bağlı mənə başsağlığı verdi".

Qeyd edək ki, tarix elmləri doktoru, professor Nəsib Nəsibli 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri olub. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləyib. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı alıb, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.

5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi