Sabahdan Gəncə və Bərdədə Vətən müharibəsi iştirakçılarının psixoloji reabilitasiyasına başlanılır

Sabahdan Gəncə və Bərdədə Vətən müharibəsi iştirakçılarının psixoloji reabilitasiyasına başlanılır Bu barədə "Report"a FHN-dən məlumat verilib
Daxili siyasət
25 Fevral , 2021 16:55
Sabahdan Gəncə və Bərdədə Vətən müharibəsi iştirakçılarının psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 520-dək şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.

Xatırladaq ki, sabahdan etibarən Türkiyədən olan psixoloq mütəxəssislərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, Gəncə və Bərdə şəhərlərində müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.

Qeyd edək ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi