Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq Bununla bağlı məsələ İdarə Heyətinin gündəliyinə daxil edilib
Daxili siyasət
22 Aprel , 2021 17:12
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
Hüseynbala Mirələmov

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah keçiriləcək iclasında YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə "Report"a partiyadan məlumat verilib.

Bildirilib ki, bununla bağlı məsələ İdarə Heyətinin gündəliyinə daxil edilib.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi