Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb.