Yuxarı

Rəy sorğusu: Azərbaycan prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır

Prezident seçkiləri gələn bazar günü keçirilsəydi, respondentlərin 83 faizi öz səsini hazırkı ölkə başçısına verərdi

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır.

"Report"un verdiyi məlumata görə, bu barədə "Rəy" Monitorinq Mərkəzi keçirdiyi "omnibus" tipli rəy sorğusunun nəticələrinə əsasən bildirib.

Sorğu göstərib ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksərriyəti (83%) öz səsini hazırkı ölkə başçısına verərdi.

Bakı sakinlərinin 65%-i Azərbaycan prezidenti postunda İlham Əliyevə alternativ görmürlər.

Respondentlərin 82%-i "İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi" sualını müsbət cavablandırıb.

Rəy sorğusunda iştirak edənlərin 68%-i isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.

Qeyd edək ki, "omnibus" tipli ictimai rəy sorğusu 2014-cü il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4%-dən çox deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi