“Rəy” Monitorinq Mərkəzi: "Exit-poll-da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir" - YENİLƏNİB

“Rəy” Monitorinq Mərkəzi: "Exit-poll-da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir" - YENİLƏNİB Növbədənkənar prezidenti seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı exit-poll-da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir.
Daxili siyasət
7 Fevral , 2024 16:37
“Rəy” Monitorinq Mərkəzi: Exit-poll-da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir - YENİLƏNİB

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı exit-poll-da saat 16:00 üçün iştirak göstəricisi 62,17% təşkil edir.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

13.32

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı exit-poll-da saat 13:00 üçün iştirak göstəricisi 43,21% təşkil edir.

“Report” xəbər verir ki, həmin mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi