Respondentlərin 69,4%-i yerli icra hakimiyyəti sistemində islahatları dəstəkləyir - SORĞU

Respondentlərin 69,4%-i yerli icra hakimiyyəti sistemində islahatları dəstəkləyir - SORĞU Sosial Tədqiqatlar Mərkəzi (STM) yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı sorğular keçirib.
Daxili siyasət
24 May , 2024 11:59
Respondentlərin 69,4%-i yerli icra hakimiyyəti sistemində islahatları dəstəkləyir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi (STM) yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı əhali arasında sorğular keçirib.

Bu barədə "Report"a STM-dən məlumat verilib.

Bildirilib ki, nəticələrə əsasən, sorğuda iştirak edənlərin 69,4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib. 23,9%-i islahatlara ehtiyac görmədiyini ifadə edib. Respondentlərin 7,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Respondentlər arasında ali təhsillilərin 73,0%-i, orta təhsillilərin 64,8%-i islahatların aparılmasına dəstəyini bildirib. Kənd ərazi vahidlərində məskunlaşanların 60,9%-i, şəhərdə yaşayanların 74,2%-i islahatların aparılmasını dəstəkləyib.

Sorğular car ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.

Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Son xəbərlər

Orphus sistemi