Yuxarı
    Bağlamaq

    ​ATƏT sədri AXCP və Müsavat Partiyasının rəhbərləri ilə görüşməyəcək

    Onun Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü nəzərdə tutulub

    Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb.

    "Report"un məlumatına görə, ATƏT sədrinin Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir.

    Milli Məclisdə təmsil olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və digər partiyalar görüşə dəvət edilməyib.

    AXCP və Müsavatdan "Report"a bildirilib ki, onlara görüşdə iştirakla bağlı dəvət gəlməyib.

    Qeyd edək ki, ATƏT sədri İvitsa Daçiçin Azərbaycana səfəri bu gün başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi