“Regional İnkişaf” İB sahibkarlar və beynəlxalq təşkilatları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əməkdaşlığa dəvət edib

“Regional İnkişaf” İB sahibkarlar və beynəlxalq təşkilatları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əməkdaşlığa dəvət edib “Regional İnkişaf” İctimai Birliyi sahibkarlar və beynəlxalq təşkilatları fevralın 5-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə əməkdaşlığa dəvət edib.
Daxili siyasət
30 Mart , 2019 12:56
“Regional İnkişaf” İB sahibkarlar və beynəlxalq təşkilatları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün əməkdaşlığa dəvət edib

“Regional İnkişaf” İctimai Birliyi sahibkarlar və beynəlxalq təşkilatları fevralın 5-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə əməkdaşlığa dəvət edib.

İctimai Birlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və sərəncamı ilə zəlzələnin fəsadlarının, o cümlədən fərdi yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatı olaraq “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri də ilk gündən hadisə yerində əhaliyə yaxından köməklik göstərib. Hazırda zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi sahibkarlıq subyektlərini, beynəlxalq və donor təşkilatları, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərini də əməkdaşlığa dəvət edir. Bu məqsədlə “Regional İnkişaf” İctimai Birliyinin xüsusi bank hesabı açılıb.

Ünvan: AVE. NOBEL 15 BLOCK 1212 KHATAI BAKU AZERBAIJAN

VÖEN: 2003724231

Valyuta : AZN

Hesab nömrəsi : AZ55PAHA40090AZNHC0200021511

İdentifikasiya nömrəsi : 00021511

PAŞA Bank Açıq Səhmdar Cəmiyyəti

Bakı şəhəri, (AZ 1005), Yusif Məmmədəliyev küçəsi, 13

Tel.: (+994 12) 496 50 00

Faks: (+994 12) 496 50 10

Kod: 505141

VÖEN: 1700767721

S.W.I.F.T BİK: PAHAAZ22

Muxbir hesab: AZ82NABZ01350100000000071944

Son xəbərlər

Orphus sistemi