Referendumu izləmək üçün MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib

Referendumu izləmək üçün MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib DSK-larda isə 7503 müşahidəçi qeydiyyata alınıb
Daxili siyasət
31 avqust 2016 12:14
Referendumu izləmək üçün MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsini (referendum) izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 161 müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O deyib ki, müşahidəçilərin 82 nəfəri “Yeni Azərbaycan”, 29 nəfəri “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun nümayəndəsi kimi qeydiyyatdan keçib. MSK-da qeydə alınanlardan 6 nəfəri MDB Parlamentlərarası Assmanbelyasının Şurasının Katibliyini təmsil edir. 42 nəfər öz təşəbbüsü ilə qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairə seçki komissiyalarında (DSK) 7503 müşahidəçi qeydiyyata alınıb. 

Orphus sistemi