Yuxarı

Razi Nurullayev AXCP sədri elan edilib

Nurullayev 65 səslə qalib gələrək AXCP sədri elan edilib.

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayı keçirilib.

"Report"un məlumatına görə, AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev elan edib ki, indiyədək 60-dan çox rayon təşkilatında konfrans keçirilib, qurultaya 240 nümayəndə seçilib: "Bu nümayəndələrdən 212-si qeydiyyatdan keçib. Bu da qurultayın keçirilməsi üçün yetərsay deməkdir".

Sonra say və mandat komissiyası seçilib, sədarət formalaşdırılıb.

R.Nurullayev AXCP sədri Əli Kərimlinin yürütdüyü siyasəti tənqid edib. O deyib ki, müxalifətin uğursuzluğunun səbəbi Əli Kərimli və digər müxalifət liderləridir: "20 ildən artıqdır ki, müxalifətdə irəliləyiş yoxdursa, liderlər kənara çəkilməlidir. Meydanı digərlərinə verməlidirlər. Gənclərə şərait yaradılmalıdır".

Sədrliyə AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev, təşkilat komitəsinin üzvləri Mehman Muradlı və Səbuhi Əliyev namizədliklərini irəli sürüblər.

Gizli keçirilən səsvermədə 212 qurultay nümayəndəsi iştirak edib, 165 səslə R.Nurullayev qalib gəlib. O, AXCP sədri elan edilib.

Qeyd edək ki, R.Nurullayev bir müddət öncə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən istefa verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi