Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq

Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək qüvvədə qalacaq.
Daxili siyasət
17827
5 Avqust , 2020 06:33
Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
0 : 00
0 : 00

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək qüvvədə qalacaq.

“Report”un məlumatına görə, Bakı da daxil olmaqla, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Polis postlarından yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənəcək.

Orphus sistemi