Yuxarı

Rayon icra hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb

Yusif Yusifzadə vəzifədən azad edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bərdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb. "Report" xəbər verir ki, rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Yusifzadə vəzifədən azad edilib. Bununla bağlı rayonun icra başcısı Vidadi İsayev əmr imzalayıb. 

Qeyd edək ki, iki ay bundan əvvəl Yusif Yusifzadənin qayınatası Vidadi İmamquluyev rayon icra başçısının iqtisadi məsələlər üzə müavini vəzifəsindən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi