Rayon icra hakimiyyətində kadr dəyişiklikləri olub

Rayon icra hakimiyyətində kadr dəyişiklikləri olub İcra başçısının iqtisadi məsələlər üzrə müavini və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin edilib
Daxili siyasət
17 İyun , 2015 14:59
Rayon icra hakimiyyətində kadr dəyişiklikləri olub

Bakı. 17 iyun. REPORT.AZ/ Bərdə Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. "Report" xəbər verir ki, rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə yeni müavini və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin edilib. 

Təyinatlarla bağlı qərarı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev imzalayıb. İcra başçısının qərarı ilə İlham Məmmədov iqtisadi məsələlər üzrə müavin, Zaur Bəylərov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.

İ.Məmmədov əvvələr rayon icra başçısının aqrar məsələlər üzrə müavini, Z.Bəylərov isə icra başçısının köməkçisi vəzifəsində işləyib. Z.Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi Vidadi Bəylərovun kiçik qardaşıdır.

Vidadi İsayevin digər sərancamı ilə boş qalan rayon icra başçısının köməkçisi vəzifəsinə mənzil istismar sahəsinin rəisi Natiq Hətəmovun oğlu Anar Hətəmov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl rayon icra başçısının iqtisadi məsələlər üzrə müavini Vidadi İmamquluyev olub. Onun kürəkəni Yusif Yusifzadə isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bir müddət əvvəl onların hər ikisini vəzifəsindən azad edib. 

Son xəbərlər

Orphus sistemi