​Rauf Arifoğlu: "Onlar Osman Kazımovun timsalında AXCP-yə yaltaqlanırlar"

​Rauf Arifoğlu: "Onlar Osman Kazımovun timsalında AXCP-yə yaltaqlanırlar" "Arif Hacılı ilə görüşümüzdən sonra mövqeyimizi ortaya qoyacağıq"
Daxili siyasət
5 Dekabr , 2014 10:55
​Rauf Arifoğlu: Onlar Osman Kazımovun timsalında AXCP-yə yaltaqlanırlar

"Arif Hacılı ilə görüşümüzdən sonra mövqeyimizi ortaya qoyacağıq"

Bakı. 5 dekabr. REPORT.AZ/ "Hər kəs bilir ki, "Azadlıq" qəzetində Rauf Arifoğlunun əleyhinə yazılar yazılır, onu ittiham edirlər. Cavab olaraq, Rauf Arifoğlu da mövqeyini ortaya qoyur. Mən də sosial şəbəkədə yazdığım statusumda qeyd etmişdim ki, belə halları pisləyirik".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Osman Kazımov deyib. O, bu məsələdə Rauf Arifoğlunu müdafiə etdiyini söyləyib: "ANS telekanalında "Yeni Müsavat" qəzeti ilə AXCP və "Azadlıq" qəzeti arasındakı narazılığa həsr edilən süjet efirə getmişdi. Buraya Müsavat Partiyasını da əlavə etmişdilər. Mən də onu qərəzli adlandırdım. Müsavat Partiyası digər partiyalarla əməkdaşlıqda maraqlıdır və bu cür halların baş verməsi təəssüfedicidir. Təəssüflənirik ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru təhqir olunur. Mövqeyim budur. Rauf Arifoğlunun isə mövqeyimi başqa cür qiymətləndirməsini başa düşə bilmirəm. Mən bu məsələdə Rauf Arifoğlunu müdafiə etdiyimi, ona böhtan atıldığını bildirmişəm. Su bulandıranlar var. Böhtan atanların da məqsədi məhz belə gərginliklər yaratmaqdır".

"Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu isə "Report"a açıqlamasında deyib ki, bu gün Müsavat Partiyasının başqanı ilə görüşəcək və bundan sonra partiya ilə bağlı qərarını müəyyənləşdirəcək: "Arif Hacılının təşəbbüsü ilə görüşə dəvət almışam. Bu görüşümüzdən sonra mövqeyimizi ortaya qoyacağıq. Ölkənin ən güclü media qurumu olaraq, Müsavat Partiyasına təmənnasız imkan yaradırıq. Onlar da bəzi məqamlarda bizə dəstək vermək əvəzinə Osman Kazımovun timsalında Azərbaycan Xalq Cəbhəsi Partiyasına yaltaqlanırlar. Bu da mənə pis təsir edir. Hamı yaxşı bilir ki, bu dava nə qədər mənimlə bağlıdırsa, bir o qədər də Müsavat Partiyası ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi