Bakı. 26 may. REPORT.AZ/ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi bizim üçün həmişə prioritet məsələ olub.
R.Rzayev müsbət hal kimi qeyd edib ki, son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib, qərarların əsaslandırılması zamanı daxili qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad halları çoxalıb: “Ona görə də konvensiyanın və presedent hüququnun tətbiqinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə təlimlər davam etdirilməlidir”.
R.Rzayev, həmçinin bildirib ki, "Elektron məhkəmə" Azərbaycan məhkəmələrinin gələcəyidir: "Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur. Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir. Əsas məqsəd isə ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir".