Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər" Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir.
Daxili siyasət
4 İyun , 2020 17:58
Ramin Bayramlı: Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər

"Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı təlimatlar hazırlanıb və təsdiqlənib yaxın günlərdə ictimaiyyətə açıqlanacaq:

"Gəncə və Naxçıvanda laborator analizlərin aparılması nəzərdə tutulur. Beynəlxalq uçuşlarla bağlı danışıqlar aparılır və iyulun 1-nə qədər, yəqin ki, bu, mümkün olmayacaq".

Son xəbərlər

Orphus sistemi