Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Daxili siyasət
8 Sentyabr , 2017 16:41
Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabr ayının 30-da saat 10:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi