Qubada Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirilib

Qubada Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirilib Quba rayonunda Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.
Daxili siyasət
25 Fevral , 2023 13:04
Qubada Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirilib

Quba rayonunda Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un şimal bürosunun məlumatına görə, Mədəniyyət Mərkəzində keçirilən tədbir “Xocalı soyqırımına hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda baş tutub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, rayonun idarə və təşkilatlarının əməkdaşları, eləcə də şəhid ailələri, qazilər, müharibə veteranları, Xocalıdan olan məcburi köçkünlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən sonra rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş keçirilib, onların problem və qayğıları ilə maraqlanılıb.

Son xəbərlər

Orphus sistemi